“Neftçi”nin əvəzedicilərindən daha bir qələbə

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Qarabağ”ın əvəzediciləri səfərdə “Kəpəz”lə heç-heçəyə razılaşıb.

İkinci pillədə qərarlaşan “Zaqatala” isə bu dəfə “Sumqayıt”ın ikinci komandası ilə oyunda xal itirib.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Keşlə”nin əvəzediciləri MOİK üzərində qələbə qazanıb. Altı qolun qeydə alındığı “Qaradağ Lökbatan”la “Sabah”ın ikinci komandası arasındakı oyunda da meydan sahibləri qalib gəliblər. “Turan Tovuz” isə lider “Neftçi” ilə dueldən məğlub ayrılıb.

Birinci divizion, 24-cü tur

1 may

Kəpəz – Qarabağ-2 0:0
Hakimlər: Rauf Allahverdiyev, Elmin Süleymanov, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Gəncə şəhər stadionu, 16:00

Sumqayıt-2 – Zaqatala 1:1
Qol: Rüfət Abdullazadə, 22 – Aleksandr Şemonayev, 90+3-pen.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Tərlan Talıbzadə, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 16:00

2 may

Keşlə-2 – MOİK 2:1
Qol: Ruslan Əmircanov, 54. Xəzər Mahmudov, 84 – İlkin Mikayılov, 44.
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”, 16:00

Qaradağ Lökbatan – Sabah-2 4:2
Qol: Fərid Mahmudov, 6. Orxan Əliyev, 58. Elnur Cəfərov, 64. Sabir Allahquliyev, 68 – Ceyhun Nuriyev, 76. Fərid Kərimzadə, 90+5.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Turan Tovuz – Neftçi-2 0:2
Qol: Asim Əlizadə, 46. İsmayıl Zülfüqarlı, 82.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Kərim Zeynalov, Namiq Bəkirov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 16:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button