Azərbaycan millisinin rəqibində yeni baş məşqçi

Futbol üzrə Malta milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Devis Mancaya tapşırılıb. Bu barədə Malta Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Manca ilə müddəti 2023-cü ilin dekabrna qədər olan sözləşmə imzalanıb.

Malta yığması yoxlama oyunu çərçivəsində 2020-ci il, martın 30-da Azərbaycanla qarşılaşacaq. Matçın başlama saatı məlum deyil.