“Çətin olacaq, amma oynamalıyıq” – Poçettino

Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinal mərhələsində İngiltərə “Mançester Siti”sinə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın saytına danışan argentinalı mütəxəssiss, əsas vəzifələrinin topu saxlamaq olduğunu deyib:

“Əsas vəzifəmiz topu saxlamaqdır. Biz də onlar kimi topla daha çox oynamağı sevən komandayıq. İnadlı olub, aqressiv oynamalıyıq. Çətin olacaq, amma oynamalıyıq. Üzərimizdə təzyiq yoxdur.

PSJ son illərdə daha çox yarımfinal oynayır. Komandanın oyunundan zövq alın və rahatlayın. Oyuna yaxşı hazırlaşmışıq və meydanda bacardıqlarımızı etməliyik”.

Bu gün keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button