Mbappe “Mançester Siti”yə qarşı oynaya biləcək

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab oyununda iştirak edə biləcək.

Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu “şəhərlilər”lə oyunun heyətinə salınıb. Bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb.

Mbappe zədə səbəbindən Liqa 1-in “Lans”la matçını (2:1) və komandanın son məşqini buraxmışdı.

Mayın 4-də keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.