Fransa və Seneqaldan darmadağın

Futbol üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün daha bir qrupda (İ) mübarizəyə yekun vurulub.

Fransa Norveçi məğlub edib. Boston stadionunda baş tutan matçda fransızlar 4:1 hesablı qələbəyə seviniblər. Qalib komandanın qollarını Usman Dembele (7, 20, 32) və Dezire Due (90+4) vurublar. Norveçin heyətində isə Tele Osqor (21) fərqlənib.

Seneqal yığması da İraqa böyük hesabla qalib gəlib. Toronto stadionunda keçirilən oyunda Afrika təmsilçisi 5:0 hesablı qələbəyə sevinib. Qolları Habib Diarra (4), İsmaila Sarr (56), Pape Qeye (59, 71) və İliman Ndiayev (82) vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button