Fransa millisinin yarımmüdafiəçisi rəsmən “Real”da

İspaniyanın “Real” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi Fransanın “Renn” komandasından yarımmüdafiəçi Eduardo Kamavinqanı transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

Xarici mətbuatın yazdığına görə, “Real” bu transferə görə təxminən 35 milyon avro ödəyəcək.

Eduardo Kamavinqa “Renn”in öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. Gənc futbolçu sözügedən komandada bütövlükdə 88 matça çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Ötən ildən Fransa yığmasına da dəvət alan yarımmüdafiəçi, millidə keçirdiyi 3 matçda 1 qol vurub.

Yeri gəlmişkən, “Renn” klubu müdafiəçisi Fetu Mauassanı da Belçika “Brügge”sinə satıb. Fransa təmsilçisi hər iki oyunçuya yeni komandalarında uğurlar arzulayıb.

Mauassa “Nansi”nin yetirməsidir. 23 yaşlı sol cinah müdafiəçisi 2017-ci ildən “Renn”də çıxış edirdi. Bu komandanın heyətində bütövlükdə 80 matça çıxan oyunçu, 3 qol vurub, 6 məhsuldar ötürmə edib. O, bir müddət “Nim”də icarədə də olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button