Bakıdakı Formula 1 üçün yeni biletlər satışa çıxarılıb

Formula 1 üzrə Azərbaycan qran-prisinin konsert proqramına yeni biletlər satışa çıxarılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Komanda.az-a verilən məlumata görə, dünya ulduzları DJ Don Diablo və DJ Hardvellin konsertləri üçün nəzərdə tutulan biletlərin sayı məhdud, qiyməti isə 150 AZN-dir.

DJ Don Diablo aprelin 28-də, DJ Hardvell isə bir gün sonra Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə Formula 1 həftəsonunun açılışını edərək, canlı şoularını sərgiləyəcək.

Bilet sahibləri həm də, fan zonaya giriş əldə edə biləcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button