Flik məşqçi karyerasını bitirəcək?

“Barselona”nın çalışdırıcısı Hans-Diter Flik klubdan ayrıldıqdan sonra məşqçi karyerasını başa vura bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

60 yaşlı mütəxəssisin daha uzun illər işləməyi planlaşdırmadığı vurğulanır. O, “Barselona” ilə yollarını ayırdıqdan sonra karyerasını bitirmək ehtimalını istisna etmir. Flik komandanı 2024-cü ilin yayında təhvil alıb. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.

Daha əvvəl mətbuatda “Barselona” rəhbərliyinin almaniyalı məşqçi ilə sözləşmənin müddətini uzatmaq istədiyi barədə məlumat yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button