Bakıdakı oyundan əvvəl “Çelsi”də itki

“Çelsi” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, “zadəganlar”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Loftus-Çik, “Çelsi”nin “Nyu İnqlend Revolyuşn”la xeyriyyə məqsədilə keçirdiyi yoxlama oyununun (3:0) 69-cu dəqiqəsində zədələnib. İngiltərəli futbolçunun sağlıq durumuna tibbi müayinələrdən sonra aydınlıq gələcək.

23 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının finalının “Arsenal”la matçında iştirakı sual altındadır.

“Çelsi” – “Arsenal” matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.