“…final matçına vəsiqə qazanmağımız mümkünsüz idi” – “Valensiya”nın baş məşqçisi

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Arsenal”a 2:4 hesabı ilə məğlub olan “Valensiya”nın baş məşqçisi Marselino matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis, “topçular”ı mübarizədən kənarlaşdırmağın mümkünsüz olduğunu deyib:

“Arsenal”ı təbrik edirəm. Əvvəldən sona qədər bizdən daha yaxşı oynadılar. Yaxşı müdafiə oluna bilmədik. “Arsenal”dan iki oyuna 7 qol buraxaraq, final matçına vəsiqə qazanmağımız mümkünsüz idi.

“Arsenal”ın maliyyəsi bizdən çox yüksəkdir. Bunun öhdəsindən gəlmək məcburiyyətindəyik. İngiltərə komandaları “Real” və “Barselona”dan başqa, bütün klublardan çox yüksək büdcəyə sahibdir.

Futbolçuları tənqid etmək asandır. Onları günahlandırmıram, əksinə, hamısına təşəkkür edirəm və qürur duyuram. Yarımfinala gəlmək də çox vacib idi”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button