İranlı futbolçu ABŞ və FİFA-dan şikayətləndi

İran millisinin kapitanı Mehdi Taremi DÇ-2026 zamanı komandasının üzləşdiyi çətinliklərlə bağlı açıqlama verib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, həm FİFA-nın, həm də ABŞ rəsmilərinin İran millisinin turniri erkən tərk etməsini istədiklərini bildirib:

“Burada hər şeyə qarşı mübarizə aparmalıyıq. İnsanlar bunun belə olduğunu düşünür, ya yox, bilmirəm. Amma bizim baxışımıza görə, bəli, vəziyyət belədir”.

İran millisi qrup mərhələsinin son oyununda Misir yığması ilə 1:1 hesablı heç-heçə edib. Komanda 93-cü dəqiqədə qələbə qolunu vursa da, VAR müdaxiləsindən sonra oyundankənar vəziyyət qeydə alındığı üçün ləğv olunub.

Hazırda İran millisi G qrupunda 3 xalla üçüncü pillədə qərarlaşıb və 1/16 finala yüksəlmək şansını qoruyur. Komanda qrup mərhələsində keçirdiyi hər üç matçda heç-heçə edib. Maraqlıdır ki, eyni göstərici ilə Kabo Verde millisi öz qrupunda ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button