FİFA onu futboldan ömürlük kənarlaşdırdı

Karib hövzəsi, Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının (CONCACAF) sabiq baş katibi Enrike Sans futboldan ömürlük kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Dünya futbol qurumunun belə sərt qərar qəbul etməsinə Enrike Sansın rüşvət alması səbəb olub. Belə ki, o, Karib hövzəsi, Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının və FİFA-nın bayrağı altında təşkil olunan yarışların keçirilməsi zamanı 2012-2015-ci illər aralığında vəzifəsindən sui-istifadə edib, müxtəlif maxinasiyalarla məşğul olub. Bu üzdən də FİFA onu ömürlük futboldan kənarlaşdırıb. Dünya futbol qurumu Sansı 100 min İsveçrə frankı məbləğində cərimə də edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button