FİFA ilin ən yaxşısı adına namizədləri açıqlayır

FİFA ilin ən yaxşı futbolçularına verilən “The Best” mükafatına namizədlərin adlarını açıqlayacaq.

Komanda.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, saat 15:00-da ən yaxşı qadın futbolçu adına namizədlər bəlli olacaq. Saat 16:00-da ilin ən yaxşı kişi baş məşqçisi, 17:00 və 18:00-da isə müvafiq olaraq, ilin ən yaxşı qadın və kişi futbolçusu adına namizəd futbolçuların adları açıqlanacaq.

Ötən ilin ən yaxşı kişi futbolçusu Luka Modriç, qadın futbolçusu isə Marta seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button