FİFA DÇ-2022-nin seçmə mərhələ oyunlarını təxirə salır

FİFA və Asiya Futbol Konfederasiyası (AFC) DÇ-2022-nin AFC zonası və 2023-cü ildə Asiya Kubokunun seçmə mərhələləri ilə əlaqədar milli assosiasiyalara rəsmi təklif göndərməyi qərara alıb.

Komanda.az xəbər verir ki, buna dünyada koronavirus epidemiyasının sürətlə yayılması səbəb göstərilir. Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Məsələ FIFA və AFC nümayəndələrinin görüşündə müzakirə edilib. Bildirilib ki, FİFA və AFC, milli assosiasiyalarla məsləhətləşmədən sonra yaxın günlərdə bu matçlar barədə ətraflı məlumat verəcək: “Ümumdünya Səhiyyə Təşkilatı, konfederasiyalar və üzv assosiasiyalarla birlikdə koronavirusun yayılmasını izləməyə davam edəcəyik”.

Qeyd edək ki, DÇ-2022-nin Asiya zonası üzrə təsnifat mərhələsi oktyabrda başlayacaq. Mundial 21 noyabr-18 dekabr 2022-ci ildə Qətərin 7 şəhərində – Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button