Fernando Santuş istefaya göndərildi

Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş istefaya göndərilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası Santuşa çalışdığı müddət ərzində gördüyü işlərə görə təşəkkür edib:

“İndi yeni dövrəyə başlamaq üçün doğru vaxtdır. Fernando Santuşa səkkiz il ərzində gördüyü işlərə görə təşəkkür edirik. İnanırıq ki, bu minnətdarlıq Portuqaliya xalqı adından ünvanlanıb”.

68 yaşlı baş məşqçinin müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulsa da, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

2014-cü ildən yığmanın “sükanı arxasında” olan mütəxəssis 2016-cı ildə komanda ilə Avropa çempionu və 2018-ci ildə UEFA Millətlər Liqası tituluna yiyələnib. Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşə uduzaraq (0:1), mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button