Fernandesin taleyi Çempionlar Liqasından asılıdır

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, London təmsilçisi UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 25 yaşlı futbolçunu satışa çıxara bilər. Hazırda onun xidmətində PSJ və “Real” kimi top-klubların maraqlı olduğu bildirilir.

Argentinalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 46 oyunda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Fernandesin agenti isə bildirib ki, tərəflər “Çelsi” ilə münasibətləri düzəldiblər və gərginlik aradan qalxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button