“Fasilədən əvvəl buraxılmış qol hər şeyi dəyişdirdi” – Keyn

İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə “Arsenal”la 2:2 hesablı bərabərliyə razılaşan “Tottenhem”in futbolçusu Harri Keyn matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu, qalib gələ bilmədikləri üçün təəssüfləndiyini deyib:

“Nəticəyə görə məyusam. 2:0 hesabı ilə irəlidə olduğunuz zaman kiminlə oynamağınızdan asılı olamayaraq, qalib gələcəyinizi gözləyərsiz. Fasilədən əvvəl buraxılmış qol isə hər şeyi dəyişdirdi. İkinci hissədə hər iki komanda qalib gəlməyə çalışdı. Oyunun müəyyən vaxtlarında rəqib daha yaxşı çıxış etdi, amma bizim də şanslarımız oldu. Bunlara baxmayaraq, nəticəni qəbul etməliyik. Hesabda irəlidə olduğumuz zaman intriqanı öldürə bilməməyimiz təəssüfləndirir. Amma bu, Premyer Liqadır, oyunu bitirməsən, rəqib geri qayıdacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button