Fəxrəddin Manafovla Qənirə Paşayeva Azərbaycan futbolunun himayədarları rolunda

AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının yeni heyətlə ilk iclası keçirilib.

Komanda.az xəbər verir ki, Himayəçilər Şurasında xalq artisti Fəxrəddin Manafov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, futbol veteranları Yunis Hüseynov və Vəli Qasımov, “Yelo Bank”ın idarə heyətinin sədri Anar Həsənov, “Azercell Telecom”un korporativ kommunikasiya direktoru Sona Abbasova, “CBC Sport” telekanalının proqram direktoru Rüstəm Əfsərli və sahibkar Şaiq Qəribzadə yer alıb. Vəli Qasımov açıq səsvermə ilə növbəti bir il müddətinə Fondun Himayəçilər Şurasının sədri seçilib.

Nizamnaməyə uyğun olaraq, sədr seçkisi hər il keçiriləcək.

İclasda fondun strategiyası, qarşıya qoyulan məqsədlər, tədbirlər planı, hazırlanan ianə platforması baradə fikir mübadiləsi aparılıb. 2022-ci il ərzində Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala nümayəndəliklərinin fəaliyyətə başlaması razılaşdırılıb. Həmçinin, nizamnaməyə ediləcək dəyişiklilər müzakirə olunub.

Futbolun İnkişaf Fondu 2016-cı ildə təsis olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button