“Qalatasaray” “Mançester Yunayted”in qapıçısı ilə anlaşıb

“Qalatasaray”ın qapıçısı Fernando Muslera yeni mövsümə indiki komandasında başlamayacaq.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna görə də, İstanbul klubu artıq yeni qolkiper axtarışına çıxıb.

“Cim-bom” “Fənərbaxça”nın sabiq qapıçısı Altay Bayındırla anlaşıb.

25 yaşlı futbolçu hazırda “Mançester Yunayted”də forma geyinir və onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulub. O, 2023-cü il sentyabrın 1-də “Fənərbaxça”dan İngiltərə klubuna keçib. Buna qədər isə Altay “Ankaragücü”nün də qapısını qoruyub.
 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button