“Fənərbaxça” yeni transferini rəsmən açıqladı

“Ayaks”dan ayrılan Duşan Tadiçin “Fənərbaxça”ya keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı forvardla 2 illik müqavilə imzalandığını açıqlayıb.

Tadiç yeni komandasında ilinə 4,2 milyon avro qazanacaq. O, Türkiyə klubunda 10 nömrəli formanı geyinəcək.

Tadiç 2018-ci ildən “Ayaks”da çıxış edirdi. Təcrübəli futbolçu “Sauthempton”, “Voyvodina”, “Tvente” və “Qroningen”də də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button