Fərdi Dünya Kubokunun proqramı bəlli oldu

Serbiyanın paytaxtı Belqradda keçiriləcək Fərdi Dünya Kubokunun proqramı müəyyənləşib.

Komanda.az xəbər verir ki, Yunan-Roma, qadın və sərbəst güləş üzrə təşkil olunacaq turnir dekabrın 12-dən 18-dək davam edəcək.

Proqrama əsasən ilk yarış günlərində güləşin klassik növündə çıxış edənlər xalça üzərinə çıxacaq. Daha sonra qadınlar mübarizəyə qoşulacaq. Fərdi Dünya Kubokunun son günlərində isə sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.

Mükafat fondu 300 min İsveçrə frankı olacaq turnirin proqramı belədir:

12 dekabr
14:00-18:00 Yunan-Roma güləşində 55, 67, 72, 77 və 87 kq-da təsnifat görüşləri
21:00-22:30 Bu çəkilər üzrə yarımfinal qarşılaşmaları

13 dekabr
14:00-18:00 Yunan-Roma güləşində 60, 63, 82, 97 və 130 kq-da təsnifat görüşləri
14:00-18:00 Yunan-Roma güləşində 55, 67, 72, 77 və 87 kq-da təsəlliverici qarşılaşmalar
20:30-20:45 Açılış mərasimi
21:00-21:45 Yunan-Roma güləşində 60, 63, 82, 97 və 130 kq-da yarımfinal görüşləri
22:00-01:00 Yunan-Roma güləşində 55, 67, 72, 77 və 87 kq-da medallar uğrunda qarşılaşmalar

14 dekabr
14:00-17:00 Qadın güləşində 50, 53, 55, 62 və 72 kq-da təsnifat görüşləri
14:00-17:00 Yunan-Roma güləşində 60, 63, 82, 97 və 130 kq-da təsəlliverici qarşılaşmalar
20:00-20:45 Qadın güləşində 50, 53, 55 62 və 72 kq-da yarımfinal görüşləri
21:00-23:30 Yunan-Roma güləşində 60, 63, 82, 97 və 130 kq-da medallar uğrunda qarşılaşmalar

15 dekabr
14:00-17:00 Qadın güləşində 57, 59, 65, 68 və 76 kq-da təsnifat görüşləri
14:00-17:00 Qadın güləşində 50, 53, 55, 62 və 72 kq-da təsəlliverici qarşılaşmalar
19:45-20:45 Qadın güləşində 57, 59, 65, 68 və 76 kq-da yarımfinal görüşləri
21:00-23:00 Qadın güləşində 50, 53, 55, 62 və 72 kq-da medallar uğrunda qarşılaşmalar

16 dekabr
14:00-18:00 Sərbəst güləşdə 57, 70, 74, 92 və 125 kq-da təsnifat görüşləri
14:00-18:00 Qadın güləşində 57, 59, 65, 68 və 76 kq-da təsəlliverici qarşılaşmalar
19:45-20:45 Sərbəst güləşdə 57, 70, 74, 92 və 125 kq-da yarımfinal görüşləri
21:00-00:00 Qadın güləşində 57, 59, 65, 68 və 76 kq-da medallar uğrunda qarşılaşmalar

17 dekabr
14:00-18:00 Sərbəst güləşdə 61, 65, 79, 86 və 97 kq-da təsnifat görüşləri
14:00-18:00 Sərbəst güləşdə 57, 70, 74, 92 və 125 kq-da təsəlliverici qarşılaşmalar
19:45-20:45 Sərbəst güləşdə 61, 65, 79, 86 və 97 kq-da yarımfinal görüşləri
21:00-00:00 Sərbəst güləşdə 57, 70, 74, 92 və 125 kq-da medallar uğrunda qarşılaşmalar

18 dekabr
18:30-20:30 Sərbəst güləşdə 61, 65, 79, 86 və 97 kq-da təsəlliverici görüşlər
21:00-00:00 Sərbəst güləşdə 61, 65, 79, 86 və 97 kq-da medallar uğrunda qarşılaşmalar

Qeyd edək ki, saatlar Bakı vaxtı ilə göstərilib.