Evra yenidən “Mançester Yunayted”də

İngiltərənin “Mançester Yunayted” klubu sabiq futbolçusu Patris Evranı geri qaytarıb.

Komanda.az xəbər verir ki, 38 yaşlı keçmiş müdafiəçi bu klubun gənclərdən ibarət komandasında baş məşqçi Nil Rayanın köməkçisi kimi fəaliyyətə başlayıb.

Fransa yığmasında 80-dən çox oyun keçirmiş Evra “Mançester Yunayted”də 2006-2014-cü illər aralığında forma geyinib. MY-dən ayrıldıqdan sonra “Yuventus”la Marsel “Olimpik”ində də çıxış edən Patrisin son klubu “Vest Hem” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button