“Everton”un müdafiəçisi sıradan çıxdı

“Everton”un müdafiəçisi Yerri Mina sıradan çıxıb.

Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu keçən həftə məşqdə zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müayinələrdə futbolçunun sol ayaq əzələsində yırtığın olduğu məlum olub. Klubdan Minanın bir neçə həftə məşq edə bilməyəcəyi bildirilib.

Kolumbiyalı futbolçu cari mövsümdə 29 oyunda iştirak edib, 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button