“Everton” Marko Silvanı göndərib, onu gətirir?

Cari mövsümdə Premyer Liqada uğursuz çıxış edən “Everton” baş məşqçisi Marko Silva ilə yollarını ayıra bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi Silvanın əvəzləyicisini də tapıb. Mersisayd təmsilçisi keçmiş baş məşqçisi David Moyesin xidmətində maraqlıdır. 56 yaşlı mütəxəssisin də “Everton”a qayıtmağa hazır olduğu bildirilir.

Son olaraq “Vest Hem”də çalışan Moyes, 2002-2013-cü illərdə “Everton”un “sükanı arxasında” olub.

İngiltərə Premyer Liqasında 8 turdan sonra 7 xal toplayan “Everton” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.