Azarkeşlərin gözü döndü: “Juan Qarsiyanın başını istəyirik”

“Espanyol” azarkeşləri “Barselona” ilə dünən keçirilən matçda rəqibin qapıçısı Juan Qarsiyaya qarşı xoşagəlməz şüarlar səsləndiriblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Espanyol” azarkeşləri oyunboyu Juan Qarsiya və “Barselona”nın ünvanına şüarlarla yadda qalıblar. Onlar matç zamanı “Juanın başını istəyirik” şüarları səsləndiriblər.

Oyunda “Barselona” əleyhinə da şüarlar səsləndirilib: “Fantastik eniş, ilahi eniş. İrəli, Taliban, “Kamp Nou”ya təyyarələr” və “iPuta Barça!” (“puta” sözü ispan dilində “fahişə” deməkdir).

Kataloniya derbisi “Barselona”nın 2:0 hesablı qələbəsi ilə bitib.

Juan Qarsiya “Barsa”ya ötən il məhz “Espanyol”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button