“Əsas məqsədimiz oyunçularımızı zədədən qorumaq idi”

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 20-ci turunda “Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 111:89 hesablı qələbəyə sevindikləri matçdan sonra bunları söyləyib:

“Görüşün nəticəsi turnir cədvəlinə təsir etməsə də, oyunçularımızdan maksimum köklənmə tələb etdim. Düzdür basketboldan zövq də almalısan, amma əsas oyun intizamıdır. Əsas məqsədimiz pley-off öncəsi oyunçularımızı zədədən qorumaq idi. Qələbə qazansaq da, müdafiə və ribaundda bəzi nöqsanları aradan qaldırmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button