Ərəblər Vinisiusun agenti ilə görüşüblər

Səudiyyə Ərəbistanı klubları Vinisius Juniorun transferi üçün səylərini davam etdirirlər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbəsitanı Pro liqasının nümayəndələri “Real”ın vingerinin agentləri ilə görüşüblər.

Bildirilir ki, braziliyalı futbolçu klubla müqaviləsinin müddətini uzatmadığı halda mümkün keçidə açıq ola bilər. Ancaq danışıqlarda Vinisiusun özü iştirak etməyib.

Digər tərəfdən, “Real”ın prezidenti Florentino Peres futbolçunun komandada qalmasını istəyir və yeni müqavilənin tezliklə imzalanmasına çalışır. Hazırda tərəflər arasında danışıqlar davam edir, yekun qərar isə Vinisiusun özündən asılı olacaq.

25 yaşlı futbolçu cari mövsümdə La Liqa çərçivəsində 28 oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button