Ersin Tatara “Turan Tovuz”un forması hədiyyə edildi

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşüb.

Komanda.az xəbər verir ki, görüşdə türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi, türk xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsi ətrafında geniş müzakirələr aparılıb.

Sonda xatirə hədiyyəsi olaraq prezident Ersin Tatara “Turan Tovuz” klubunun forması hədiyyə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button