Ermənistan millisinin üzvü La Liqa klubuna keçir

Ermənistan milli komandasının müdafiəçisi Varazdat Haroyan karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, hazırda Qazaxıstanın “Astana” komandasında çıxış edən 28 yaşlı futbolçu “Kadis”ə keçməyə yaxındır. Bu barədə “Marca” nəşri məlumat yayıb. La Liqa təmsilçisi artıq Haroyanla razılıq əldə edib.

2021-ci ilin fevralından “Astana”da çıxış edən Haroyanın “transfermarkt”da dəyəri 800 min avrodur. Müdafiəçi Ermənistan yığmasının da üzvüdür.

“Kadis” La Liqada 12-ci sıradadır.