Argentinalı futbolçu Mareskanın qovulmasından narazıdır

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes komanda­dakı gələcəyi ilə bağlı qərarsızdır. 24 yaşlı futbolçu yanvarın 1-də baş məşqçi Enzo Mareskanın istefaya göndərilməsindən məmnun qalmayıb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, argentinalı oyunçu yaxın gələcəkdə klubunu dəyişmək variantını nəzərdən keçirir. Artıq PSJ ona maraq göstərir və onu transfer üçün qısa siyahıya daxil edib.

Enzo Fernandesin “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir. O, londonluların formasını 2023-cü ilin əvvəlindən geyinir – həmin vaxt “Çelsi” onu “Benfika”dan 121 milyon avro qarşılığında transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button