Emin Mahmudov: “Hücum futbolu oynayacağıq”

“Neftçi”nin futbolçusu Emin Mahmudov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubuna qarşı keçirəcəkləri matçdan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı jurnalistlərlə görüşdə bunları deyib:

  • Birinci oyunda yaxşı nəticə qazandıq. Ancaq buna baxmayaraq, həmişəki kimi hazırlaşmışıq. Çalışacağıq daha çox hücum futbolu oynayaq.
  • “Neftçi” sabah məşq üçün meydana çıxacaq demək olar?
  • Xeyr. Dünən Çempionlar Liqasında “Şerif” 10 dəqiqəyə 3 qol vurdu. Futbolda hər şey ola bilər. Oyuna ciddi yanaşmalıyıq.
  • İlk oyundan sonra “Speranta” klubunun baş məşqçisi qələbənin hakimlər sayəsində olduğunu dedi. Sabah ona nəsə cavab verəcəksiz?
  • İlk oyunda da cavabımızı dedik, sabah da deyəcəyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button