“İngiltərə Premyer Liqası dünyanın ən çətin çempionatıdır” – Emeri

“Arsenal”ın baş məşqçisi Unay Emeri komandanın uzunmüddətli planları haqqında danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, dünyanın ən yaxşı klublarından biri olmaq üçün vaxta ehtiyac olduğunu deyib:

“İngiltərədə və dünyada ən yaxşı klub səviyyəsinə çatmaq istəyirik. Eyni zamanda, hər mövsüm Çempionlar Liqasında oynamaq niyyətindəyik, amma anlayırıq ki, bu proses səbr tələb edir. Çünki bizim olduğumuz çempionatda heyətində çox yaxşı futbolçular olan beş güclü komanda var. İngiltərə Premyer Liqası dünyanın ən çətin çempionatıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button