Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olundu

FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransanın paytaxtı Parisdə Xorvatiya Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.

Komanda.az xəbər verir ki, Məmmədov görüş zamanı FİFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi heyətdə yer alıb.

Görüşdə Xorvatiya Futbol Federasiyasının prezidenti Ante Vuçemiloviç-Şimunoviç, icraçı direktor Tomislav Svetina, texniki direktor Stipe Pletikoşa, Beynəlxalq əlaqələr və lisenziyalaşdırma şöbəsinin müdiri Sudak İvançitsa yer alıb. Tərəflər geniş tərkibdə futbolla bağlı məhsuldar müzakirələr aparıblar. Görüşün sonunda İnfantino və Məmmədova Xorvatiya millisinin arxasında onların soyadları yazılmış forması hədiyyə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button