“Onu Azərbaycan futboluna qazandırmaq lazımdır” – Müsahibə

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov “Zirə” ilə keçirdikləri yoxlama oyunundan (5:3) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Əhmədov, jurnalistlərin suallarını da cavablandırıb:

  • Sol cinah daha aktiv görünürdü. Bunu Təmkin Xəlilzadənin qayıdışı ilə əlaqələndirmək olar, yoxsa…
  • Təmkin bizə və Azərbaycan futboluna lazım olan futbolçudur. İntizam problemi var idi. İnşallah, bundan sonra olmaz. Çalışırıq onun üzərində işləyək. O da çalışır. Milli komandaya namizəd futbolçudur. Onu Azərbaycan futboluna qazandırmaq lazımdır. Solda bir nömrəli futbolçudur.
  • Yeni transferlər komandaya güc qatıb…
  • Keyfiyyətli futbolçu olanda komanda daha yaxşı oyun göstərir.
  • Hendrik Eksteyn bu gün daha çox diqqəti cəlb etdi.
  • Onun da hazırlığı hələ tam deyil. Onun işgüzarlığı çoxdur. Gələn oyunlarda daha maraqlı futbolçu kimi görünər.
  • Onun fiziki cəhətdən zəif görünməsi sonra ona problem yaratmaz?
  • Mənim üçün onun fiziki cəhətdən zəif görünməsi problem deyil. İşgüzarlığı daha çoxdur. İnanıram ki, bizim komandaya xeyir verəcək futbolçudur.
  • Saşa Stamenkoviçin durumu nə yerdədir?
  • Stamenkoviçin müqaviləsi artırılıb, komandada qalacaq.
  • Cavid İmamverdiyev artıq neçənci dəfədir ki, penaltini yerinə yetirə bilmir…
  • Əsas penalti vuranımız Marko Deviçdir. Olmayanda Cavid vurur. Deviç olmasa, yenə də Cavid vuracaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button