İlon Maskın ”Mançester Yunayted” zarafatı

Amerikalı milyarder İlon Mask “Mançester Yunayted”i almaq niyyəti ilə bağlı açıqlamasının zarafat olduğunu deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, açıqlamasında bunları yazıb:

“Twitter”də yazdığım hər şey zarafatdır. Klub almayacam. Lakin klub almağa qərar versəydim, “Mançester Yunayted”i seçərdim. Çünki uşaqlıqdan bəri sevimli komandamdır”.

“Mançester Yunayted” klubu 2005-ci ilin mayında onu satın alan və 2014-cü ilin mayında vəfat edən amerikalı iş adamı Malkolm Qleyzerin varislərinə məxsusdur.

Mask avqustun 17-də “tvitter” hesabında İngiltərə klubunu almağa hazırlaşdığını yazmışdı.

Bizi Telegramda izləyin