Elektron İdman Növləri Federasiyasında yeni prezident

Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı baş tutub.

Komanda.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yığıncaqda federasiyanın prezidenti Ramil Əliyevin hesabatından sonra seçki keçirilib.

Səsvermə nəticəsində Adil Mahmudov federasiyanın yeni prezidenti seçilib. Mahmudov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun bundan sonrakı fəaliyyəti və görüləcək işlər haqda danışıb.

Yığıncaqda həmçinin Oqtay Qasımzadə və Ramil Əliyev federasiyanın vitse-prezidenti vəzifəsinə, Ənvər Hüseynov, İmamir Mirzoyeva və Məmməd Əlizadə idarə heyətinə üzv seçiliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button