
“Əl-Nəsr” “sükan”ı ona tapşırmaq istəyir
“Fulhem”in baş məşqçisi Marko Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “Əl-Nəsr”in baş məşqçi postuna əsas namizəd hesab olunur. Klub rəhbərliyi onu komandaya gətirmək üçün ciddi addımlar atır.
Daha əvvəl Marko Silvanın “Benfika”ya rəhbərlik etməyə çox yaxın olduğu bildirilsə də, “Əl-Nəsr” bu keçidi əngəlləməyə və mütəxəssisi öz sıralarına qatmağa çalışır.
“Əl-Nəsr”in əvvəlki baş məşqçisi Jorje Jezus çempionluğun rəsmiləşdiyi son tur oyunundan dərhal sonra klubdan ayrıldığını açıqlamışdı.
Silva isə 2021-ci ildən “Fulhem”i çalışdırır. London təmsilçisi onun rəhbərliyi altında İngiltərə Premyer Liqasının son mövsümünü turnir cədvəlinin 11-ci pilləsində başa vurub.
Bizi Facebook-da izləyin



