“Ələskərovun penaltini hansı istiqamətə vuracağını bilirdim”

“Namik Ələskərovun penaltini hansı istiqamətə vuracağını bilirdim”.

Komanda.az xəbər verir ki, bunu “Partizan”ın qapıçısı Aleksandr Yovanoviç Serbiyada “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan sonra “Sportal.bg” saytına açıqlamasında deyib.

Qolkiper penaltilər seriyasında qaləbə qazanmaları barədə danışıb. O, Ələskərovun 11 metrlik cərimə zərbələrini həmişə sağ küncə yönəltdiyini söyləyib: “İlk uğursuz cəhddən sonra bəzi futbolçular topu başqa yerə vurmaq barədə düşünürlər. Amma mən bilirdim ki, Namik böyük məsuliyyət daşıdığından qərarını dəyişməyəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button