Ekşteyn: “Vacib odu ki, “Sabah”la oyunda 3 xal qazanaq”

“Səbail” Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, bu oyun “dənizçilər”in yeni transferlərindən olan Hendrik Ekşteyn üçün əlamətdar olacaq.

Belə ki, cənubi afrikalı futbolçu ilk dəfə sabiq komandasına – “Sabah”a qarşı forma geyinmək şansı qazanacaq. Axı o, mövsümün əvvəlində böyük ümidlərlə bu kluba gətirilsə də, qışda müqaviləsinə xitam verilmişdi.

Ekşteyn keçmiş klubuna qarşı oyun ərəfəsində klubun mətbuat xidmətinə açıqlama verib:

“Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odu ki, 3 xal qazanaq. Bilirik ki, “Sabah” çətin rəqibdi. Lakin qələbə üçün əlimizdən gələni edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button