
“Heç nədən qorxmuram”
“Liverpul”un hücumçusu Huqo Ekitike perspektivləri barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu daha çox inkşaf etmək istədiyini bildirib:
“Düşünürəm ki, dünyanın ən yaxşı hücumçularından biri ola bilərəm. Əlbəttə ki, böyümək üçün yerim var, işləməyə və inkişaf etməyə davam etməliyəm, amma eyni zamanda, aydındır ki, artıq olmaq istədiyim yerdəyəm. Heç nədən qorxmuram”.
Ekitike 2025-ci ilin iyul ayında 95 milyon avroya “Ayntraxt”dan “Liverpul”a transfer olunub. 23 yaşlı futbolçu İngiltərəyə köçdükdən sonra debüt mövsümündə “qırmızılar”ın heyətində 39 oyunda 16 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



