
“Düzünü desəm, təkmilləşməliyik”
“Real”ın qapıçısı Tibo Kurtua “Sevilya” üzərində 2:0 hesablı qələbədən sonra komandasının hazırkı formasını qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın təkmilləşməyə ehtiyacı olduğunu söyləyib:
“Düzünü desəm, təkmilləşməliyik. Biz qalib gəldik və bu vacibdir, amma oyunumuzu təkmilləşdirməliyik. Ümid edirəm ki, bu kiçik fasilə faydalı olacaq, amma təkmilləşməliyik”.
Madrid klubu İspaniya La Liqasının turnir cədvəlində 17 oyundan 39 xalla ikinci yerdədir. Komanda lider “Barselona”dan 4 xal geridədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



