Dünya kubokunda yarışacaq Azərbaycan boksçuları məlum olub

Aprelin 20-də Braziliyanın Fos-du-İquasu şəhərində qadın və kişi boksçular arasında dünya kuboku start götürəcək.

Komanda.az xəbər verir ki, yeddi gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli dünya kubokunda Sübhan Mamedov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcək.

Qadınlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə yarışda Zeynəb Rəhimova (54 kq) və Emili Rzayevaya (65 kq) güvənəcək.

Dünya kubokunun püşkü aprelin 19-da atılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button