Dünya Güləş Birliyindən azərbaycanlı hakimə etimad

Yunanıstanın paytaxtı Afinada 15 yaşadək güləşçilər arasında “Acropolis Cup” keçirilir.

Komanda.az xəbər verir ki, fevralın 23-də startı verilən yarışa I-S dərəcəli beynəlxalq hakim Hicran Şərifov rəhbərlik edir.

Dünya Güləş Birliyi (UWW) məhz həmyerlimizə bu vəzifəni həvalə edib. İki günlük turnirdə güləşin hər 3 növü üzrə mübarizə baş tutur.

Təcrübəli referi Pekin-2008, London-2012 və Rio-2016-da hakimlik edib

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button