Dünya çempionatı dekabrda Belqradda keçiriləcək

Güləş üzrə dünya çempionatları bu ilin dekabrında Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Komanda.az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, qərar UWW İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Dünya çempionatının 2021-ci ildə Norveçin paytaxtı Oslodo keçirilməsi planlaşdırılırdı. Lakin İcraiyyə Komitəsi koronavirus riskini azaltmaq üçün böyüklər və gənclər arasındakı mundialı bir yerdə keçirmək qərarına gəlib.

Böyüklərin yarışı 12 – 20 dekabrda, gənclərin turniri isə 4 -10 dekabrda olacaq.

19 – 25 oktyabrda gənclər arasında Avropa çempionatı Şimali Makedoniyanın paytaxtı Skopyedə reallaşacaq.

Qurumun İcraiyyə Komitəsinin növbəti iclası avqust ayında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button