Diniyevin komandası səfərdən 3 xalla qayıtdı

Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” “Çorum”la qarşılaşıb.

İstanbul təmsilçisi səfərdə baş tutan bu oyunda 1:0 hesabıyla qalib gəlib. Coşqun 69-cu dəqiqədə meydana buraxılıb.

“Ümraniyəspor” bu nəticədən sonra 27 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button