Di Maria Zanettini geridə qoydu

Argentina millisinin cinah oyunçusu Anxel Di Maria yığma komandanın heyətində dünya çempionatının seçmə turnirlərində 52-ci oyununu keçirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Benfika”nın futbolçusu DÇ-2026-nın seçmə mərhələsində Braziliya ilə oyunun (1:0) 78-ci dəqiqəsində Lionel Messini əvəzləyib. Di Maria dünya çempionatının seçmə mərhələsində keçirdiyi oyunların sayına görə milli komandanın tarixində ikinci yeri tutaraq, Xavyer Zanettini (51 matç) keçib. Siyahıya 65 belə oyunla Messi başçılıq edir.

Argentina millisinin heyətində ümumi oyun sayına görə Di Maria 136 oyunla 4-cü yerdədir. O, Zanetti (145), Xavyer Maskerano (147) və Messidən (180) geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button