Depay klubunu dəyişmək üzrədir

“Barselona”nın hücumçusu Memfis Depay “Yuventus”a keçməyə bir addım daha yaxınlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qoca sinyora” futbolçunun pulsuz transferini tezləşdirmək istəyir. Qeyd olunur ki, tezliklə niderlandlı futbolçunun nümayəndələrinə müqaviləni yoxlamaq üçün sənədlər göndəriləcək.

Depay 2021-ci ilin yayında azad agent kimi “Barselona”nın futbolçusu olub. O, 37 oyunda 13 qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button