Depay Madridə yollandı – Müqavilə imzalamağa

“Atletiko” “Barselona”nın hücumçusu Memfis Depayı transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Niderland millisinin üzvü keçidi tamamlamaq üçün artıq şəxsi təyyarəsi ilə Madridə yollanıb. Bu gün tibbi müayinədən keçəcək 29 yaşlı oyunçu ardından “Atletiko” ilə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Barselona” bu keçiddən təxminən 3-4 milyon avroluq gəlir əldə edəcək.

Depay bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 4 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button