Türk futbolçu hakimləri Ronaldonun komandasına “işləmək”də ittiham etdi

“Əl-Əhli”nin müdafiəçisi Merih Demiral Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Nəsr”ə 0:2 hesablı məğlubiyyətdən sonra hakimlik barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu, Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr”in hakimlərdən kömək aldığını söyləyib:

“Doğrusu, hakimlik dəlilik idi. Sadəcə, ayağıma baxın (rəqib futbolçu oyunda Demiralın ayağına zərbə endirib)! Hər qərar “Əl-Nəsr”in xeyrinə idi. Onlar hər mövsüm kömək alırlar. Bu, inanılmazdır. Biz “Əl-Əhli”yik və həmişə kənar kömək olmadan kuboklar uğrunda mübarizə aparmaqla fəxr edirik”.

“Əl-Nəsr” 79 xalla liqanın turnir cədvəlinə başçılıq edir, “Əl-Əhli” isə 66 xalla 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button