Deku ispaniyalı futbolçunun agenti ilə görüşüb

“Barselona” müdafiə xəttini gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun maraq dairəsinə Con Martin düşüb. 20 yaşlı futbolçu hazırda “Real Sosyedad”ın formasını geyinir.

“Barselona”nın idman direktoru Deku yaxın vaxtlarda ispaniyalı futbolçunun agenti ilə görüş keçirərək mümkün transferi müzakirə edib. Bununla belə, “Barsa” üçün əsas prioritet variant “İnter”in italiyalı müdafiəçisi Alessandro Bastoni olaraq qalır. Con Martin isə alternativ seçim kimi dəyərləndirilir.

Martinin müqaviləsində 50 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button